Tanınmış jurnalist vəfat edib
Tanınmış jurnalist Araz Zeynalov uzun sürən ağır xəstəlikdən vəfat edib.
Azadmediatv.com Araz Zeynalov son illər Vesti.az saytının baş redaktorunun müşaviri vəzifəsində çalışıb.
A.Zeynalov rusdilli vesti.az saytının ilk baş redaktoru olub. O, uzun illər vesti.az saytına rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırdığından bir müddət sözügedən saytda baş redaktorunun müşaviri olub.
Qeyd edək ki, Araz Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb.
Allah rəhmət eləsin!
Azadmediatv.com