Medianews.az saytında möhtəşəm görüntü
Medianews.az saytının dizaynında dəyişiklik edilib.
Azadmediatv.com-un xəbərinə görə, bu dəyişiklik kollektivin saytın 10 illik yubileyinə hədiyyəsidir.
Belə ki, 2022-ci ildə Medianın İnkişafı Agentliyinin "Onlayn media subyektlərinə dəstək" layihəsi üzrə müsabiqənin qalibi olan "Medianews.az" saytı yeni dizayn və formatda müasir standartlara və tələblərə uyğun, təkmilləşmiş üslubda oxucularına təqdim edilib.
Saytın təkcə görünüşündə yox, həmçinin funksionallığında da dəyişikliklər olunub. Bu dəyişiklikər sırasında yeni bölmələr və rubrikalarda öz yerini tutub.
Qeyd edək ki, “Medianews.az” saytı 2012-ci ilən fəaliyyət göstərir. Azərbaycanda, eləcə də dünyada baş verən ictimai və siyasi, eləcə də maraqlı xəbərləri istehsal edir. Saytda hərbi, siyasi, mədəniyyət, ədəbiyyat, idman xəbərləri, Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, həmçinin Şəhid və Qazilərimizin keçdiyi döyüş və həyat yolu, məşhur yazarların köşələri, müasir texnologiyalar və trendlərlə bağlı məlumatlar və xəbərlər yer alır.
Xatırladaq ki, "Medianews.az" saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək, bir sıra yeni layihələr həyata keçiriləcək. Bu yeniləmələr zamanla tətbiq olunacaq.
Azadmediatv.com