Cavanşir Feyziyevlə  onun istefası məsələsini müzakirə etdik - ƏFLATUN AMAŞOV

Cavanşir Feyziyevlə onun istefası məsələsini müzakirə etdik - ƏFLATUN AMAŞOV

 

 Mətbuat Şurasının sədri Əflatun Amaşov nillət vəkili Cavanşir Feyziyevin mətbuat nümayəndəlirinin şərəf və ləyaqətin təhqir edən çıxışına münasibət bildirib.

Azadmediatv.com-un xəbərinə görə, MŞ sədri baş verənlərə gec münasibət bildirməsini hazırda xəstə olması ilə ilə izah edib:

"Koronavirusa yoluxduğum üçün bir neçə gündür ki, işə çıxmıram. Belə bir durumda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim. İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi.

Bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxladım. Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünüdən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik".

Azadmeditv.com





OXŞAR XƏBƏRLƏR